Zakir Qaralov Abşeronda sakinlərlə görüşəcək

08-11-2019 [11:23]
Baş prokuror Zakir Qaralov cari il noyabrın 15-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR