Bu il 1607 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

img

07-11-2019 [16:43]


Bu ilin əvvəlindən oktyabrın 20-nə qədər 1607 nəfər Azərbaycan vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanda, ümumilikdə, 21 975 şəxsin ölkə ərazisinə daxil olmasına icazə verilməyib. Ölkəyə ən çox buraxılmayan əcnəbilər İran (9 272) və Hindistan vətəndaşları (4 238) olublar.

İllik müqayisədə qonşu ölkəyə buraxılmayan şəxslərin sayı artıb. Belə ki, ötən il 16 025 şəxsin Gürcüstana girişi qadağan edilib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA