FTX rəhbəri: "Azərbaycan və digər tərəfdaşlarla birgə 13 terror yuvası zərərsizləşdirilib"

img

07-11-2019 [13:27]


"Rusiya xüsusi xidmət orqanları Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşları ilə birlikdə beynəlxalq terror strukturlarının 13 yuvasının fəaliyyətini müəyyən edərək onların fəaliyyətinin qarşısını alıb və 138 yaraqlını saxlayıb".

TASS xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Daşkənddə keçirilən 47-ci iclasında deyib.

"Ən vacib vəzifələrdən biri də Birlik ölkələrinin cənub sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Əfqanıstanda möhkəmlənən İŞİD və "Əl-Qaidə" terror qruolaşmaları tərəfindən gələn təhdidləri neytrallaşdırmaq üçün birgə tədbirlərin intensivliyinin artırılmasını zəruri hesab edirik", - deyə o, qeyd edib.

FTX direktoru xüsusi xidmət orqanlarının ikinci vəzifəsi kimi terrorizm və ekstremizm ideologiyasının internetdə yayılmasına qarşı tədbirlərin təkmilləşdirilməsinə diqqətin artırılmasını göstərib.

A.Bortnikov həmçinin Birlik ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlığın nəticələrindən də danışıb: "Maydan oktyabra qədər tərəfdaş ölkələrin xüsusi xidmət orqanları tərəfindən terrorçu və dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox MDB vətəndaşı sərhəd nəzarəti altına alınıb".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR