Bakıda usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib

img

06-11-2019 [12:37]


Bakıda usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus "Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
SON XƏBƏRLƏR