İran Azərbaycanı hədələdi

img

04-09-2013 [10:05]


İran Hərbi Dəniz Qüvvələrinin Komandanı İsraildən raketlər alınmasıyla bağlı Azərbaycana xəbərdarlıq edib. Azadliq.info-nun "Fars” agentliyinə istinadən məlumatına görə, İran Hərbi Dəniz Qüvvələrinin Komandanı kontr-admiral Həyibullah Səyyari Xəzər dənizini "Sülh və Dostluq” dənizi adlandırıb. O bildirib ki, Azərbaycanın İsraildən Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuş raketlər alması regionda sülhə və sabitliyə ziyan vuran hərəkət kimi qiymətləndirilməlidir: "Biz dəfələrlə bildirmişik ki, Xəzərin sülh və dostluq dənizinə çevrilməsi, bu dənizin sahillərində yerləşən dövlətlər üçün prioritet olmalıdır. Xəzəryanı dövlətlər Xəzərdə təhlükəsizlik problemlərinin həlli işində fəaliyyəti, digər dövlətlərlə koordinasiya etməlidirlər”. Bu barədə o, Azərbayacanın İsraildən aldığı "Qabriel-5" raketləriylə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətdən sonra İran bu sahədə monitorinqi davam etdirir və yaranacaq problemlərə biganə qalmayacaq.

Yeri gəlmişkən, bu arada belə bir məlumat yayılıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı yaxınlarda İrana dəvət olunub, ancaq sonra hansısa səbəblərdən səfər təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA