"Şura yaradılmalıdr" - Hesablama Palatasından hökumətə 11 bəndlik təklif verildi

img

05-11-2019 [12:37]


Hesablama Palatası büdcə qanunvericiliyi ilə bağlı hökumətə bir sıra tövsiyyələr verib.

Mia.az "Report”a istinadla xəbər verir ki, həmin tövsiyyələr aşağıdakılardır:

- Büdcə şəffaflığının artırılması və hesabatlılığın yüksəldilməsi, büdcənin tərtibinin mütərəqqi metodologiyaya uyğunlaşdırılması və beynəlxalq reytinq hesabatlarında ölkəmizin mövqeyinin möhkəmləndirilməsi məqsədilə büdcə qanunvericiliyi sahəsində yeni normativ-hüquqi aktların hazırlanması;

- Növbəti ilin dövlət büdcəsi ilə bağlı nəzərdə tutulmuş əsas hədəf və göstəricilərə nail olmasının, tərtib edilən proqnozların əsaslılğının və makroiqtisadi göstəricilərə uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaradan məlumat və izahatların "Büdcə zərfi”nə daxil edilməsi;

- Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə "Büdcə sistemi haqqında” qanuna müvafiq qaydada ehtiyat fondların proqnozlaşdırıldığını nəzərə alaraq, dövlət büdcəsinin xərclərində ilin əvvəlində bölüşdürülməyən xərclər, xüsusilə birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin, həmçinin dövlət büdcəsinin ümumi xərclərinə münasibətdə hədlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsi;

- Büdcə qaydasının orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə olaraq müəyyən edildiyini nəzərə alaraq normativhüquqi aktlarda bu qaydalarda neft, məzənnə, zaman amillərinin nəzərə alınması ilə bağlı təkmilləşdirmələri nəzərdə tutan dəyişikliklərin olunması;

- Dövlət büdcəsi gəlirlərinin hesabatlılığında şəffaflığın daha da artırılması, o cümlədən gəlirlərin inzibati təsnifat üzrə hesabatlılığının genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş büdcə gəlirlərinin təsnifatına dövlət büdcəsi gəlirlərinin yığılmasını təmin edən bütün inzibati qurumların adlarını və inzibati təsnifat kodlarını əks etdirən bölmənin də əlavə olunması;

- Vergi orqanları xətti ilə yığılan gəlirlər üzrə dövlət büdcəsinə təmin olunan daxilolmaların, yaranan borc və artıqödəmə məbləğlərinin tərkibində dövlət mülkiyyətində olan müəssisələrin xüsusi çəkisinin əhəmiyyətli səviyyədə olmasını nəzərə alaraq Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gəlirlər və xərclər smetaların hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda göstərilən müəssisələrin smetalarının layihələrinin və sərbəst mənfəətinin istifadəsi istiqamətləri barədə məlumatların növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilməsi ilə bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsi;

- Dövlət vəsaitlərinin tam olaraq əhatə edilməsinin və mövcud resurslar barədə məlumatların əlçatanlığının təmin olunması məqsədilə Toplu Maliyyə Balansında dövlət büdcəsindən maliyyələşən təşkilatlar, publik hüquqi şəxslər, dövlət müəssisələri və özəl müəssisələr barədə məlumatların cəm şəklində deyil, ayrı-ayrılıqda təqdim edilməsi;

- Dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi üçün dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanmasını və bu qurumların büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılması ilə bağlı qanunvericiliyə əlavələrin edilməsi;

- Dövlət büdcəsindən kifayət qədər maliyyə resursları aldıqlarına və vergi güzəştlərindən istifadə etdiklərinə əsaslanaraq dövlətin yaratdığı publik hüquqi şəxslərin gəlir və xərcləri barədə məlumatların ayrı-ayrılıqda olmaqla növbəti ilin büdcə layihəsi ilə birgə təqdim edilən məlumatlara əlavə edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi;

- Dövlət büdcəsinin layihəsində və dövlət büdcəsinin icrası barədə Hesabatlarda məqsədli proqram və tədbirlərə ayrılan vəsaitlərin ayrıca göstərilməsi, Proqramların icrası barədə hesabatların keyfiyyətliliyinin yüksəldiməsi və kənarlaşmalar barədə məlumatın təqdim edilməsi ilə bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsi;

- Ölkədə gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha yaxşılaşdırılması və alternativ makroiqtisadi, o cümlədən, büdcə parametrlərinin (o cümlədən, fiskal risklərin) geniş təhlili və qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədilə – fiskal şuranın (Fiscal Council) yaradılması.


Digər xəbərlər
SON XƏBƏRLƏR