Siyəzəndə yük avtomobili aşıb, yaralılar var

img

02-11-2019 [23:44]


Siyəzən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, paytaxt istiqamətində hərəkətdə olan "Mitsubishi" markalı yük maşını Bakı-Quba yolunun 103-cü kilometrliyində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov, Qəbələ rayon, Vəndam kənd sakini, 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası göndərilib, yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA