Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb

img

31-10-2019 [13:38]


Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci və 4-cü Polis Bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da xətt avtobusunda şəhər sakini Ü.Abdullayevanın içərisində pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun "BMW” markalı avtomobildən içərisində 750 manat, 110 ABŞ dolları, bank kartı və telefon aksesuarları olan çanta oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
SON XƏBƏRLƏR