Azərbaycanda problemli kreditlər sentyabrda 3% azalıb

img

30-10-2019 [16:09]


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 442,9 milyon manat təşkil edib.

Mia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 3,2% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən problemli kreditlər 9%, son 1 ildə isə 17,5% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,1% olub. Bu nisbət avqustun sonuna 10,8%, ötən ilin sonuna 12,2%, ötən il sentyabrın sonuna isə 14,2% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA