Röya BDU-da konsert verib - FOTO

img

29-10-2019 [11:00]


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində universitetdə konsert təşkil olunub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında qonaqları salamlayan rektor Elçin Babayev müğənni Röyanı Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib. Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Nailə Mirmmədlinin bəstələrini ifa edən estrada müğənnisi Röya tələbələrə xoş anlar yaşadıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR