Bakıda qadın Pakistan vətəndaşının pulunu oğurlayıb

img

28-10-2019 [12:30]


Bakıda qadın qonaq getdiyi Pakistan vətəndaşının 3 min dollarını oğurlayıb.

Mia.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 85 ünvanında baş verib.

Belə ki, bir neçə gün əvvəl Pakistan vətəndaşı turist kimi Bakıya gəlib. O, kirayədə yaşadığı mənzilə əylənmək məqsədi ilə tanımadığı qadını qonaq kimi dəvət edib.

Naməlum qadın isə gecə saatlarında ona məxsus çantadan 3 min ABŞ dolları götürərək qaçıb.

Daha sonra pakistanlı turist hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ilkin axtarış tədbirlərinə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA