Müğənni İlham Qasımovun 16 yaşlı oğlu qəzada öldü

img

26-10-2019 [17:12]


Müğənni İlham Qasımovun 16 yaşlı oğlu Kamran vəfat edib.

O, avtomobil qəzasında dünyasını dəyişib. Sənət dostları bunla bağlı paylaşım edərək, İ.Qasımova başsağlığı veriblər.

Qeyd edək ki, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu istiqamətində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Qəzaya yüksək sürət səbəb olub.

İ.Qasımov isə daha çox Rusiya toylarında məşhurdur/Axsam.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA