Beynəlxalq Banka məxsus 3,2 milyard manatlıq vaxtı keçmiş borc geri qaytarılıb

img

24-10-2019 [16:03]


İndiyə qədər "Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 9 600-dən çox problemli aktiv qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi quruma 3,2 milyard manatdan çox vaxtı keçmiş borc ödənilib.

"Biz müxtəlif istiqamətdə işlər aparırıq. Hansısa müştərilərin maliyyə vəziyyətini düzəltmək mümkündürsə, onun kredit borcunu restrukturizasiya edirik və bununla da müştərilər yenidən kreditlərini qaytarmağa, maliyyə vəziyyətlərini sağlamlaşdırmağa, yeni iş yerləri açmağa başlayırlar", - deyə M.Musayev qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR