Əməkdar artist Teatr Xadimləri İttifaqını tərk etdi - Afaq Bəşirqızının etirazının sədası böyüyür

img

24-10-2019 [14:18]


Xalq artisti Afaq Bəşirqızının etirazından sonra Azərbaycan Teatr Xadimləri İttifaqından qopmalar yaşanır.

Mia.az xəbər verir ki, əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqından öz ərizəsi ilə ayrılıb: "Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm”.

Xatırladaq ki, oktyabrn 22-də TXİ-də yeni yığıncaq keçirilib və Azər Paşa Nemətov yenidən Teatr Xadimləri İttifaqının sədri seçilib.

Afaq Bəçirqızı isə həmin yığıncağa "Özümü orada oturmağa layiq bilmirəm" - deyərək, qurumun rəhbərini istefaya səsləmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA