Maaşlar 850 manata qaldırılacaq - Azərbaycanda

23-10-2019 [14:55]
Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub/APA.


SON XƏBƏRLƏR