""Qarabağ"ın qrupdan çıxma şansı var" - Qurban Qurbanov

img

23-10-2019 [14:04]


"Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı matçdır. Hamımız qələbə gözləyirik". 

Mia.az bildirir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl deyib.

Qurbanov deyib ki, "Qarabağ"ın qrupdan çıxma şansı var: "Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir bildirmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm "Qarabağ", həm də APOEL üçün çətin olacaq. Həddindən artıq istəkli olmalıyıq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR