“Bu, qadının qılıncıdır" - Çimnaz Sultanova daha bir səs-küylü klipdə + VİDEO

21-10-2019 [16:27]
Aktrisa-müğənni Çimnaz Sultanova yeni "Olmaz-olmaz” adlı mahnısına çəkilən klipini təqdim edib. 
   
Mahnının söz və musiqisi Miro İsgəndərova, aranjimanı isə Müşviq Ağayeva məxsusdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. 

Çəkilişləri yay ayında baş tutan klip, Astarada lentə alınıb. Bu müğənni və rejissorun sayca birgə olan ikinci işləridir.

Çimnaz açıqlamasında bildirib ki, o, klipdə təbiətin dörd ünsürü olan, od, su, torpaq və yeli bir qadın olaraq təcəssüm edib:

"Qadının gözəlliyi - möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir. O mələkdir ki, hansıki biz uşaq ikən qoruyur, gəncikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir...

 Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyyəedicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz".



Yenisabah.az


SON XƏBƏRLƏR