"Qarabağ" - APOEL matçının hakimləri açıqlandı

img

21-10-2019 [13:39]


UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb. 

Mia.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan baş hakim Filip Qlovaya, Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində idarə edəcək. 

Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA