Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib

img

17-10-2019 [15:46]


Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxralı) kəndində qətl törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, kişi həyat yoldaşını qətlə yetirib.

Qətlə səbəbin qısqanclıq olduğu bildirilir.

Faktla bağlı istintaq başlayıb.

Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.

Qətli törədən şəxs saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR