17-10-2019 [11:45]
Mia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularına təqdim edir:
- Qüdrət bəy, NATO Parlament Assambleyasının Londonda baş tutan payız sesiyası necə keçdi?
- Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki o, Çexiyada səfir olanda, NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi.
- Bəlkə xəstə imiş və ya ola bilsin başqa vacib işi olub...
- O halda mən fikir bildirməzdim. Parlament Assambleyasının iclasları keçirilən zaman səfir ənənəvi qaydada əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış. Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur. PA-nın iş prinsipinə gəldikdə isə əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər ciddi siyasi institutut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün maksimum dərəcədə faydalanmalıyıq.
- Qüdrət bəy, "fit müxalifəti”nə Lökbatanda mitinq keçirilməsi üçün yer ayrılsa da onlar icazəsiz aksiya keçirəcəklərini bəyan ediblər. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Mitinqin təşkilatçıları da bunu görür, xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün Lökbatana getməkdən imtina edirlər. Özünüz fikirləşin, 10 minlərlə insan onların çağırışına cavab verib, Lökbatana getmək üçün "Azneft"in, yaxud FHN-nin qarşısındakı dayanacaqlara toplanıb avtobus gözləsə, avtobus olmasa, piyada Lökbatana yürüş etsə, daha effektli olmazmı? O zaman iqtidar bunun qarşısını alarsa, haqlı olaraq həm cəmiyyətin, həm beynəlxalq birliyin ciddi təpkisi ilə üzləşər. Çünki Lökbatana yol iki istiqamətdən mümkündür. Yoxsa icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq daha effektli olar? Aksiyaya icazə verilməsəydi, bu başqa məsələ. Mənə elə gəlir ki,onlar icazəsiz aksiya keçirməklə özlərinin "payız kompaniyası”nı hələ başlamamış yekunlaşdıracaqlar. İndiyədək bu tipli qərarları çox olub.
Mən üzümü narazı insanlara tutub deyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Onlara elə məqamda elə tapşırıqlar veriləcək ki, böyük xəyal qırıqlığına uğrayacaq, siyasi proseslərdən uzun müddətə uzaqlaşacaqsınız. Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız məhrumiyyətlərlə üz-üzə qoyub, kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib