Əli Kərimli israr edir, polis xəbərdarlıq... - Mitinq təşkilatçıları paytaxt polisinə çağırıldı

img

16-10-2019 [15:18]


Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə  mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah - oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.

Xatırladaq ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq təyin edib. Bakı şəhər İcra Hakimiyyəti isə mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib ki, mitinqi "28 May" metrostansiyasının qarşısında keçirəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR