"Bugünkü qazancla hərə öz ailəsini güclə dolandırır” - Manaf Ağayevdən maraqlı açıqlamalar

img

16-10-2019 [12:19]


Müğənni Manaf Ağayev "5 də 5” verilişinin növbəti qonağı olub. 

Yerli şou-biznesin ən zəngin simalarından hesab edilən Manaf Ağayev artıq  xeyriyyəçilik etməməsinin səbəbini açıqlayıb. O, toyların azalmasından gileylənib:

"Mən əvvəl azdan-çoxdan kiməsə nəsə edirdim, sonra gördüm ki, mən çox səhv etmişəm. Çünki bütün respublika istədi. Elə bildi ki, mən bu işə baxıram. Mən öz ailəmi saxlayıramsa, bacı-qardaşa nə isə edə bilirəmsə, mən böyük adamam. Bu o demək ki, mən gedim dava-dərmanla, iynə ilə oxuyum, gəlim yoldan keçənə verim. Qabakı qazanc yoxdur. Qabaq ayda 25-30 toya gedirdin, amma indi ayda 6-7 toya ya gedəsən, ya da getməyəsən. Bugünkü qazancla hərə öz ailəsini güclə dolandırır”

Xatırladaq ki, M. Ağayev bundan əvvəl də toysuzluqdan şikayətlənmişdi. 

"Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir. İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır. Camaatın imkanı yoxdur, həm də bu gün toylara getmirlər. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”, - deyə tanınmış müğənni bildirmişdi/Yenisabah.

Digər xəbərlər
SON XƏBƏRLƏR