Putin kimə "axmaq" dedi?

img

31-08-2013 [18:24]


 
"Nobel sülh mükafatına sahib olan Barak Obamanın Suriyaya qarşı hərbi müdaxilənin gözlənilən qurbanlarını düşünməlidir". Rusiya prezidenti Vladimir Putin bunu Suriyaya gözlənilən hərbi müdaxiləyə münasibət bildirərkən deyib (anspress).

Onun sözlərinə görə, Suriyada əsgərlər hazırda hücum mövqeyindədirlər və müxtəlif bölgələrdə müxalif qüvvələri mühasirəyə alıblar. "Bu şərtlər altında onların kimyəvi silahdan istifadə etməsini iddia etmək axmaqlıqdır". 

Putini İngiltərənin Suriya müdaxilə barədə səsvermə keçirməsidə çox təəcübləndirib. "ABŞ-dan olan həmkarlarımız Suriya hökumətinin kimyəvi silah istifadə etdiyini və əllərində sübutların olduğunu deyirlər. Əgər belə sübutlar varsa, bunu BMT mütəxəssislərinə və Təhlükəsizlik Şurasına göstərsinlər. Bunu edə bilmirlərsə, sübutları yox deməkdir".

Rusiya lideri deyib ki, ABŞ dəfələrlə bu kimi təşəbbüslərlə çıxış edib: "Ancaq onu təşəbbüsləri heç olmasa bircə dəfə, Əfqanıstanda, İraqda, Livanda problemləri həll etdimi? Axı orada bizim tərəfdaşlarımızın can atdığı nə sakitlik, nə də demokratiya var, heç elementar vətəndaş sülhü və əmin-amanlıq da yoxdur ".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA