Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu

img

12-10-2019 [23:05]


Bakı şəhər sakini olan qadını hədələyib, 1000 manat pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini E.Quliyev saxlanılıb.
Digər xəbərlər
SON XƏBƏRLƏR