11-10-2019 [21:41]
"Hazırlıq prosesinə 43 min insan cəlb olunub, sorğu vərəqələri artıq hazırlanıb. Əhalinin sayına uyğun vərəqələr hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir…”
Bu, hələ ötən ilin dekabr ayında Nazirlər Kabinetində keçirilən iclasda Baş Nazirin müavini Əli Həsənovun əhalinin siyahıyaalınması prosesilə bağlı çıxışından sitatdır.
Xatırladaq ki, Ə.Həsənov Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiyanın sədridir.
Planlaşdırıldığı kimi, oktyabrın 1-dən 10-dək keçirildiyi bəyan edilən siyahıyaalma artıq rəsmən bitmiş elan olundu. İndi isə reallığa baxaq. Siyahıyaalma bitdi, amma sayıcıları, sorğu vərəqələrini demək olar ki, "gördüm” deyən olmadı. Kim gördü həmin sorğuları aparan 43 min insanı, 28 bəndlik sorğu vərəqəsini, 180 göstəricini və sair?
Əminliklə demək olar ki, elə hazırda bu yazını oxuyan vətəndaşların böyük əksəriyyətinin qapısını belə kimsə döyməyib, heç bir sorğu-filan, bir sözlə siyahıyaalma adlı iş aparılmayıb! Elə bu yazının müəllifi, redaksiyanın işçiləri, hər birimizin qohum-əqrəbaları, qonşuları arasında da heç bir siyahıyaalma-filan görən olmayıb.
Demək olar ki, əhalinin olduqca böyük qismi nə vərəqə gördü, nə də sorğu. Formal olaraq, haradasa guya məntəqələr yaradılaraq, əhalinin bu işə cəlb olunduğu görüntüsü yaradılsa da, reallıqda, demirik bütün ölkə əhalisini, heç olmasa onun böyük qismini əhatə edən sorğu keçirilmədi! Bunu insanların sosial şəbəkələrdəki paylaşımlarından da görmək olar.
Yeri gəlmişkən, yəqin ki, siyahıyaalmanı həyata keçirən şanlı Dövlət Statistika Komitəsinin (DSK) rəhbərliyi də sosial şəbəkələrdə qurumun bu "işi” barədə dərc olunan fikirlərdən xəbərdardır…
Yaxşı, belə olan təqdirdə, bəs kimə, nəyə lazım idi DSK-nın növbəti saxta statistikası? Bu da toyuq, yaxud yumurta sayı deyil ki, hörmətli DSK rəhbərliyi ağlına gələn rəqəmləri yazıb qoysun ortaya və desin ki, iş gördüm! Axı istər Əli Həsənov, istərsə də DSK rəhbəri Tahir Budaqov danışanda əhalinin siyahıyaalınmasının hətta strateji əhəmiyyətli bir tədbir olduğunu iddia edirdilər. Belə yanaşılmalıdırmı strateji və dövlət əhəmiyyətli tədbirə? Hətta bəyənmədiyimiz SSRİ dövründə də siyahıyaalmaya bu dərəcədə saxta və formal münasibətə, yəqin ki, rast gəlinməyib.
Bu mənzərəni görəndən sonra istər-istəməz sual yaranır ki, analoqsuz Statistika Komitəmizin keçirdiyi yalan-palanla müşayiət olunan bir tədbirə, ən əsası isə əhalinin boğazından kəsilərək, bu işə Dövlət Büdcəsindən 23.2 milyon manatın ayrılmasına nə ehtiyac vardı? Hara, nəyə getdi bu 23.2 milyon manat? Və bizim DSK-dan bundan artıq nə gözləmək olardı ki? Əgər məqsəd sadəcə 23.2 milyon manatı "silmək” idisə, onda daha sözümüz yoxdur…
Məsələ ondadır ki, bu ölkədə əhalinin ən mükəmməl qeydiyyat sistemi Daxili İşlər Nazirliyində mövcuddur. Nəzərə alsaq ki, artıq uşaqlara da şəxsiyyat vəsiqəsi verilir, deməli DİN-in məlumat bazasında əhalinin sayı, yaşı və s. ilə bağlı məlumatların əsas hissəsini tapmaq olar.
Bu ölkədə hər bir doğulan və ölən şəxsin müvafiq qurumlarda qeydiyyatı aparılır. Ölkəni tərk edən və gələnlərin sayı sərhəd xidməti tərəfindən, pensiyaçıların, əlillərin, işləyənlərin, işsizlərin, tələbələrin, şagirdlərin və digər kateqoriyalara aid vətəndaşların sayı, əhali qruplarının tərkibi və s. də digər nazirliklər və dövlət strukturları tərəfindən bir-bir qeydiyyata alınır.
Demək istədiyimiz odur ki, heç bir syahıyaalma aparmadan da, müvafiq qurumlarda mövcud olan real rəsmi göstəricilərdən istifadə etməklə, ümumi mənzərəni kifayət qədər dəqiq və aydın şəkildə görmək olar. Guya indi siyahıyaalma adı ilə yalançı bir tədbir keçirən DSK nə edəcək ki? O da böyük ehtimalla, sadəcə yuxarıda sadaladığımız qurumlarda mövcud olan real göstəriciləri götürüb, toplama-çıxma apararaq, ortaya hansısa nəticələr çıxaracaq.
Sözsüz ki, bir müddət sonra da əhalinin sayı və digər göstəricilərlə bağlı məlumatlar ortaya qoyulacaq. Və bəyan ediləcək ki, guya həmin rəqəmlər və göstəricilər əhali arasında aparılan sorğulardan sonra üzə çıxıb. Yalandır! Müşahidələr onu deməyə əsas verir ki, əslində, siayahıyaalma başlamadan artıq nəticələr hazır və məlum idi…
Cəlal MƏMMƏDOV
AzPolitika.info
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi