Azərbaycanda 1 milyon 350 min 680 nəfər pensiya alır

img

11-10-2019 [10:09]


Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. 

Mia.az ƏƏSMN-ə istinadla bildirir ki, hazırda ölkədə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.

O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR