Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR
MƏDƏNİYYƏT
09.10.2019, 00:04
Qoç - səhər saatlarında əhvalınız sürətlə dəyişə bilər. Məqsəd və niyyətinizdə ardıcıl, məntiqli davranmasanız, çətinliklərin sayı artacaq.
İşlərinizdə sayıq olun. Kənar təsirlərlə təzyiqlərə imkan verməyin.
Günün ikinci yarısında qüvvənizi real qiymətləndirin. Potensialınıza ifrat nikbin nəzər salmayın.
Kompleks və fobiyalarınızın sayını artırmayın. Əksinə, onların əksəriyyətindən qurtulmaq olar.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş emosiyalar bəxş edəcək.
Buğa - günün ilk yarısı əsəblərin tarıma çəkilməsini vəd edir. İntensiv fiziki və ya intellektual fəaliyyət istisna deyil. Saatlar keçdikcə gərginlik daha da artacaq.
İşdə rəhbərliklə mübahisə etməyin. Rəqabət güclənəcək. Qarşıdurmaya hazır olun.
Günün ikinci yarısında kollektivdəki şəxslərdən birindən özünüzlə bağlı xoşagəlməz sözlər eşidə bilərsiniz. Səbrli və təmkinli olun. Tənqidləri səbrlə dinləyin.
Axşam saatlarında dostlarnızla birlikdə istirahət edin.
Əkizlər - günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək.
Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun. İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun.
Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın.
Xərçəng - çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.
Şir - işdə çətinliklər yarana bilər. Texniki nasazlıqlar, həmkarlarınızla anlaşılmazlıqlar istisna deyil. İradənizlə mənəviyyatınızın sınağa çəkiləcəyi situasiyalarda ətrafınızdakı insanların davranışlarına diqqətlə baxın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi artırın. Dəyər verdiyiniz insanla əlaqələrinizi daha səmimi, rəvan edin.
Axşam saatlarında soyuqqanlı olun.
Qız - adi günlərdən fərqli olaraq qəfil hadisələr, ilk baxışdan anlaşılmaz məsələlərlə zəngin gündür. Ən kiçik məsələlər sizi təbdən çıxarmasın.
Ünvanınıza deyilən ehtiyatsız kəlmələr, fərqli düşüncə və mövqe daşıyıcılarının dedikləri qıcıq yaratmasın.
İşdə rəhbərliyin tənqidləri sərtləşəcək, şayiələrin sayı artacaq.
Günün ikinci yarısı yeni tanışlıq və əlaqələr üçün münasibdir. Yaxınlarınız sizi dəstəkləməyə bilər.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - çətinliklər olmayan yerdə özünüzə problemlər aramayın. Həddən artıq şübhəli insan təsiri bağışlamayın. Sonradan sonuclarına təəssüflənəcəyiniz addımlar atmayın.
Günün ikinci yarısı əmlak və ya maliyyə ilə bağlı əməliyyatlar üçün əlverişli deyil. Alış-verişə yollansanız, çox pul xərcləməyin. Tərəfdaş və ya şəriklərlə qarşılıqlı fəaliyyətdə işinizi yüngülləşdirmək cəhdləri neqativ reaksiya doğura bilər.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - səhər saatlarında emosional narahatlıq apogeyə çata bilər. Mümkün qədər fəal çalışmağa can atın. Daxili enerjinizi zahirdəki əməllərə döndərin. Məqsədli olun, iradəli insan təsiri bağışlayın.
Günün ikinci yarısında yerinizdə saymayın, qüvvənizi real və praktik sahələrdə reallaşdırın. Yaxın vaxtlarda məntiqi şəkildə başa vura biləcəyiniz layihənin gerçəkləşdirilməsinə üstünlük verin.
Yaxın bildiyiniz insanların məsləhətlərinə qulaq asın.
Axşam saatlarını ailənizə sərf edin.
Oxatan - yaşamınızda dəyişikliklər üçün əlverişli zaman deyil. Emosional "partlayış"dan qaçın. Mənfi hisslər, qıcıq yaradacaq məqamlardan uzaq durun. Məsuliyyətli işi görərkən diqqətli olun. Fikrinizin dağınıq olması ciddi fəsadlar yarada bilər.
Günün ikinci yarısında başladığınız işləri başa vurun. Həddən ziyadə önəm verdiyiniz işi sabaha ertələmək olar. Axşam saatları üçün nəzərdə tutduğunuz görüşün baş tutmayacağı təqdirdə fəaliyyətinizdə mütləq şəkildə yenilik edin.
Əyləncəni zəhmətdən üstün tutmayın.
Oğlaq - yaşadığınız durumu diqqətlə müşahidə edin. Sayıq, çevik olun. Ən kiçik dəyişiklikləri nəzərdən qaçırmayın. Yaxın ətrafınızdakı insanlar arasındakı münaqişələrə dəstək verməyin. Mübahisə, qarşıdurma istisna deyil.
Günün ikinci yarısında münasibətləri araşdırmağa çalışmayın. Ani çətinliklərə həddən artıq əhəmiyyət verməyin. Bəzi problemlər və çətinliklər avtomatik olaraq həllini tapacaq. Bilavasitə iştirakınızın tələb olunduğu məsələlərdə aktivlik edin.
Axşam saatlarında şəxsi münasibətlərdə ənənəvi davranış modelindən kənara çıxmayın. Ekssentrik, ekstravaqant olmayın.
Dolça - ilk əvvəl təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olun. Bu işlər xeyli vaxtınızı və qüvvənizi alacaq. Daha maraqlı işlərə can atmayın. Rutinlikdən qaçmaq mümkün deyil.
Günün ikinci yarısında yeni layihə, təklif, ideya istisna deyil. Sizə qarşı neqativ əhval-ruhiyyədəki insanlarla ünsiyyətinizi minimuma endirin.
Balıqlar - ruhdan düşməyin. Böyük miqyaslı layihəyə başlamaq niyyətiniz varsa, potensialınızı real və ciddi şəkildə dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edin.
Günün ikinci yarısında işdə rəhbərliklə normal münasibətləri korlamayın. Maaş, karyera müstəvisində irəliləyişdə bağlı məsələləri müzakirə etmək olar. Hisslərə qapılmayın.
Axşam saatlarında nüfuzunuza zərbə vura biləcək addımlar atmayın.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
Bugün, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
Bugün, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
02.10.2026, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
02.10.2026, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
02.10.2026, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
02.10.2026, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
02.10.2026, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
02.10.2026, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
02.10.2026, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
02.10.2026, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
02.10.2026, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02.10.2026, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
02.10.2026, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
02.10.2026, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
02.10.2026, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
02.10.2026, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
02.10.2026, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
02.10.2026, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVİNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
02.10.2026, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
02.10.2026, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
02.10.2026, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
02.10.2026, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
02.10.2026, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
02.10.2026, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
02.10.2026, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM
02.10.2026, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
02.10.2026, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
02.10.2026, 15:06 İQTİSADİYYAT