AFFA bu komandalara texniki məğlubiyyət verib - Səbəb

img

08-10-2019 [14:50]


AFFA İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilir ki, U-14 Liqasında UGİM (Ağdam) – UGİM (Beylaqan) matçının 65-ci dəqiqəsində qonaqlar meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Boulevard Hotel U-15 Liqasının "Qarabağ” – "İsgəndər Cavadov BFA” görüşündə qonaqlar meydanı tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilib, hesab olduğu kimi (1:7) saxlanılıb.

U-13 Qızlar Liqasının "Zaqatala” – "Balakən” oyununun ikinci hissəsində meydan sahibləri meydanı tərk etdiyinə görə klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Futzal üzrə Azərbaycan I liqasının "Baku Fans” – "Veqa” qarşılaşması baş tutmadığına görə qonaqlar 0:5 hesablı texniki məğlubiyyət alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA