Qaxdakı partlayışla bağlı açıqlama yayıldı

img

08-10-2019 [13:42]


Xəbər verdiyimiz kimi, oktyabrın 8-də səhər saatlarında Qaxda partlayış baş verib. Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq işləri görən zaman naməlum səbəbdən partlayış baş verib.

Baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.

Mia.az xəbər verir ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər: "Onlardan dördünün vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır stabildir.

Qax MRX-nın həkimlərinin bildirdiyinə görə, partlayışda xəsarət alanların həyatı üçün təhlükə yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA