Sabiq polis rəisinə yeni vəzifə verildi

img

03-10-2019 [15:30]


Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA