ATƏT PA-nın payız sessiyasında Azərbaycanı 3 deputat təmsil edəcək

img

01-10-2019 [16:40]


ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.

Mia.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər.

Səfər oktyabrın 8-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR