Mursinin həbs müddəti uzadıldı

img

13-08-2013 [12:02]



Misirdə etirazlar davam etdiyi bir vaxtda, rəsmi Qahirə devrilmiş prezident Məhəmməd Mursinin həbs müddətini 15 gün artırıb. Bu barədə Frans Press agentliyi xəbər yayıb. Hələlik həbsin hansı əsasla uzadıldığı açıqlanmır. Xatırladaq ki, iyulun əvvəlində Misir ordusu kütləvi etirazlar fonunda İslamçı prezident Mursini hakimiyyətdən kənarlaşdırıb. İyulun 26-da Misir Baş Prokurorluğu ona qarşı ittihamların araşdırılması üçün Mursi barəsində 15 gün həbs qəti imkan tədbiri seçib. Qeyd edək ki, Məhəmməd Mursi 2011-ci ilin yanvar-fevral hadisələrində hərbçilərə, polis şöbələrinə və həbsxanalara hücumlar təşkil etməkdə və onlarda iştirak etməkdə ittiham olunur.

Hökumətin oturaq aksiyaların dağıdılması planını müvəqqəti olaraq təxirə saldığı haqqında xəbərlər yayıldıqdan sonra, devrilmiş prezident Mursinin tərəfdarları Qahirədə gecə saatlarında da etirazları davam etdirib. Rəsmilər bununla qanlı qətliamlardan qaçınmağa çalışdıqlarını və qərarın icrasını yubatmaqla gərginliyi azaltmaq niyyətində olduqlarını iddia edir. Bununla belə on minlərlə insan Qahirənin mərkəzində Mursi tərəfdarlarının təşkil etdiyi düşərgə aksiyalarını tərk etmir.

Xatırladaq ki, çevrilişin baş verdiyi iyulun 3-dən bəri, Mursi tərəfdarları, əleydarları və polis arasında baş vermiş 2 güclü toqquşma azı 130 nəfərin ölümünə səbəb olub. Rəbə-əl-Ədəviyyə məscidində böyük insan izdihamı gecə saatlarında da fəallıq göstərərək, Misir bayraqları yelləyib, təkbir gətirən islamçı etirazçılar, "Güc, İradə, İnam” kimi şüarlar səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA