Saakaşvili ilə İvanişvili rəsmi tədbirdə dilləşiblər

img

12-08-2013 [10:56]


 
Gürcüstanın Batumi limanına gəlmiş ABŞ-a məxsus "Balkli” gəmisində keçirilən rəsmi qəbulda Gürcüstan prezidenti və baş naziri arasında mübahisə baş verib.

APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, 11 avqust axşamı keçirilən tədbirdə çıxış edən baş nazir Bidzina İvanişvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişəyə görə keçmiş hökumətin məsuliyyət daşıdığını bildirib. Baş nazirdən sonra çıxış edən prezident Mixail Saakaşvili isə bu fikirlərə etiraz edib: "Mən gürcü tərəfinin bu müharibədə məsuliyyət daşıması ilə bağlı fikirləri qətiyyətlə rədd edirəm. Bu barədə danışanlar ya Gürcüstanı sevmir, ya da Gürcüstanın düşməni ilə əlaqəlidir”. Bu zaman B. İvanişvili yerdən replika atıb: "Öz məsuliyyətin haqda danış”.

Xatırladaq ki, bu il oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA