İngiltərə-İspaniya münasibətləri gərginləşdi: Hərbi donama araya girdi

img

10-08-2013 [14:39]


İngiltərə Baş naziri David Kameronun İspaniyanı Cəbəlültarix boğazında həyata keçirdiyi islahatlara görə Şimali Koreya kimi davranmaqla ittiham etməsi, iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərə Müdafiə Nazirliyi, 3 hərbi gəmidən ibarət olan donanmasını boğaza göndərəcəyini açıqlayıb. 

Baş nazir David Kameron, İspaniyanın baş naziri Mariano Rajoyla telefon söhbətində, döyüş gəmilərinin bölgəyə göndərilməsinin vacib məsələyə çevrildiyini bildirib. 

İspaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə qeyd olunur ki, rəsmi London bu məsələ ilə bağlı onlardan rəsmi icazə istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA