İsrail ordusu Misirə hücum etdi

img

10-08-2013 [14:36]


İsrail hava qüvvələrinin Sina yarımadasına hava zərbəsi nəticəsində 5 terrorçu öldürülüb

İsrail hərbi təyyarələrinin Misirin Sina yarımadasına hava hücumu nəticəsində 5 nəfərin öldüyü bildirilir.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, məlumatı Misir Müdafiə nazirliyi yayıb.

Ölənlərin "İslami-cihad” qruplaşmasının rəhbərləri olduğunu bildirən məlumatda, qruplaşmaya aid 1 ədəd kimyəvi raket mərmisinin də məhv edildiyi qeyd olunur.

Məlumata görə, son üç gündə yarımadanın Əl-Ariş və Rifah şəhərləri yaxınlığında Misir ordusu ilə İsrail Hava Qüvvələrinin birgə təşkil etdiyi hücumlarda 33 qruplaşma üzvü və 16 Misir ordusunun əsgəri həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA