Kəmaləddin Heydərov gürcüstanlı nazirlə razılığa gəlib

img

01-08-2013 [15:36]



Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bu gün Tiflisdə K. Heydərov və Gürcüstanın daxili işlər naziri İraklii Qaribaşvili arasında görüş olub.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. «Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair Saziş» imzalanıb.

Azərbaycan nümayəndə heyəti Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Mərkəzinə (112) də səfər edib, "112 zəng xidməti”nə baxış keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA