Bu gün Pakistanın yeni prezidenti seçiləcək

img

30-07-2013 [11:27]



Bu gün Pakistanda prezident Asif Əli Zərdarini əvəz edəcək yeni prezident seçiləcək. "Aljazeera" telekanalının məlumatına görə, ölkədə sayca 12-ci prezident seçkiləri ictimaiyyətə açıq olmayacaq. Pakistan prezidentini 706 deputat seçəcək. Onlardan 104-ü yuxarı palata olan Senatın, 342-si aşağı palata olan Milli Məclisin, 260-ı isə əyalət parlamentlərinin üzvləri olacaq.


Seçkilərin favoriti Məmnun Hüseyn hesab edilir. O, may ayında parlament seçkilərində qalib gəlmiş və Baş nazir Nəvaz Şərifin sədrlik etdiyi "Pakistan Müsəlman Liqası" partiyasından namizəddir. Parlament seçkilərində məğlub olmuş hakim "Pakistan Xalq Partiyası"nın lideri Asif Əli Zərdarinin prezident olaraq səlahiyyəti isə sentyabrın 8-də başa çatır. Zərdari parlament seçkilərində məğlubiyyətdən sonra prezident seçkilərində iştirak etməkdən imtina etdiyini bəyan etmişdi. 

Seçkinin nəticələrinin bu gün axşam Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA