Ketrin Eşton ikinci dəfə Misirə səfər etdi

img

29-07-2013 [16:33]



Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton gözlənilmədən Misirə səfər edib. Xanım Eşton ilk olaraq, Qahirədə Misirin xarici işlər naziri Nabil Fəhmi ilə görüşüb. İkitərəfli görüşdə Misirdəki vəziyyətin müzakirə edildiyi bildirilir.

Ketrin Eştonun bu ay Misirə ikinci səfərinin Qərbin ölkədə qan axıdılmasının davam etməsindən dolayı narahatlığının bir işarəsi hesab edilir. Gün ərzində Ketrin Eştonun Misirin müvəqqəti prezidenti Ədli Mənsur və beynəlxalq münasibətlər üzrə vitse-prezident Məhəmməd Əl-Baradeyi ilə görüşəcəyi bildirilir. "MENA" agentliyi Ketrin Eştonun «Müsəlman Qardaşları»nın liderləri ilə də görüşəcəyini yazır.

Associated Press




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA