Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə şad xəbər

img

26-07-2013 [16:24]



Türkiyədə təhsil alan xarici tələbələr bir neçə ildir ki, dövlətə borclu qalırdılar. Çünki qardaş ölkənin müvafiq qanunlarına görə, bu ölkədə təhsil alan xarici tələbələr məcburi olaraq dövlət tərəfindən sığortalanmalı idilər. Amma tələbələrin əksəriyyətinin sığorta haqqını ödəmək imkanı olmadığı üçün dövlətə borclu qalırdılar.

Xatırladaq ki, Türkiyənin özəl şirkətlərində aylıq sığorta haqqı 20 TL ikən, dövlətin sığorta qurumlarında bu məbləğ tələbələr üçün 100 TL-dən 35 TL-ə endirilmişdir. Bu qanun qüvvəyə mindiyi gündən bugünə qədər hər bir tələbənin təxminən 2000 TL borcu toplanıb. Qeyd edək ki, Türkiyədə təhsil alan azərbaycanlıların sayı 5000-ə yaxındır.

Bu məsələyə aydınlıq gətirmək üçün Müstəqil İnformasiya Agentliyi Türkiyənin ölkəmizdəki səfirliyinə və Türkiyə Sağlıq Güvənlik Qurumuna bu mövzuda sorğu göndərib. Sorğuya cavabında Sağlıq Güvənlik Qurumu bildirib ki, köhnə qanun tamamilə dəyişdirilib və artıq xarici tələbələr üçün sığorta məcburi deyil, öz istəkləri ilə olacaq.

Tələbələrin əvvəldən qalmış borclarına gəlincə, Sağlıq Güvənlik Qurumu bu barədə məlumat verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA