Suriyada müxalifət qüvvələri Bəşər Əsədin tərəfinə keçdi

img

24-07-2013 [17:59]



İngiltərə qəzetində dərc olunan məqalədə maraqlı iddia yer alıb. Bu iddiaya inansaq, Suriyada müxalif qüvvələrin yüzlərlə təmsilçisi ailələri ilə birlikdə Bəşər Əsədin tərəfinə keçiblər. ANS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 ildən artıq davam edən qarşıdurmalardan təngə gələn müxalif qüvvələr rejimin bu yaxınlarda elan etdiyi əfv fərmanından faydalanmaq məqsədi ilə belə bir addım atıb. 

Suriyanın Rakkada bölgəsində yaşayan Məhəmməd adlı bir vətəndaş qəzetə açıqlama verərək bildirib ki, əvvəllər azadlıq uğrunda mübarizə aparıb: "Sonra başa düşdüm ki, bu yolda uğur qazana bilməyəcəyik. Ailəm artıq rejimi dəstəkləyir, çünki yaşadığımız yer Əsədə sadiq ordu birlikləri tərəfindən ələ keçirib və bura etibarlı deyil. Əsəd pis insandır, ancaq onun alternativi ondan daha da pisdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA