Azərbaycanlılar Türkiyədə 1 ayda nə qədər mənzil alıblar?

img

18-09-2019 [15:20]


Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 mənzil alıb.

Türkiyənin statistika İdarəsin xəbər verir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 8 mənzil və yaxud 8,3% azdır.

Bununla belə, bu ilin yanvar-avqust aylarında azərbaycanlılar qonşu ölkədə 711 mənzilə sahib olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 138 mənzil və yaxud 22% çoxdur.

Ümumilikdə avqustda Türkiyədə xarici vətəndaşlara 3 641 mənzil satılıb ki, bu da illik müqayisədə 253 mənzil və yaxud 6,5% azdır.

Yanvar-avqustda isə Türkiyədə xarici vətəndaşların mülkiyyətinə 28 051 mənzil keçib ki, bu da illik müqayisədə 9 328 mənzil və yaxud 49,8% çoxdur.

Türkiyədə ən çox mənzili İraq vətəndaşları alıb - ötən ay 675, 8 ayda 4 746 mənzil. İran vətəndaşları avqustda 469, yanvar-avqustda 3 135, Rusiya vətəndaşları isə ötən ay 212, bu ilin 8 ayında isə 1 691 mənzil əldə edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA