17-09-2019 [15:49]
Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qazaxıstan Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Amanjolova təmsil edib.
Məsləhətləşmələr zamanı Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması məsələsi müzakirə olunub və Katibliyin tezliklə fəaliyyətə başlaması məqsədilə Konvensiyanın tərəfləri arasında razılaşdırma prosedurunun sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Xəzəryanı dövlətlərin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlər, o cümlədən Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında saziş layihəsi ilə bağlı müzakirələr baş tutub.
Bundan başqa, iki ölkə arasında Xəzər dənizi hövzəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və bu xüsusda hazırda dənizin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi prosesi və gələcəkdə mümkün ola biləcək digər layihələr barədə söhbət aparılıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR