Bərdədə təcili yardım maşını qəzaya düşüb, yaralılar var

Bərdədə təcili yardım maşını qəzaya düşüb, yaralılar var

CƏMİYYƏT

16.09.2019, 16:08

Bərdə rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR