Mariya Stadnikin dünya çempionatında ilk rəqibi müəyyənləşib

img

16-09-2019 [15:33]


Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının dördüncü yarış günündə mübarizəyə qoşulacaq Azərbaycan qadın güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, Mariya Stadnik (50 kq) və Türkan Nəsirova (53 kq) təsnifat mərhələsindən çıxış etməyə başlayacaqlar. Stadnik nigeriyalı Missini Meri Genezislə, Nəsirova isə almaniyalı Nina Hemmerlə üz-üzə gələcək. 

55 kq və 72 kq çəkilərdə isə Azərbaycan təmsil olunmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA