Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıb

img

11-09-2019 [19:26]


Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan "VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb. 

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA