10-09-2019 [11:19]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə həmkarı Eldar İbrahimovun mətbuatda yer alan "Müxalifət nümayəndələrinin bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu” fikirinə münasibət bildirib.
Mia.az xəbər verir ki, Çingiz Qənizadə unikal.org-a açıqlamasında deyib:
"Əvvala, Eldar müəllimin özünün tərəfinin hara olduğunu başa düşə bilmirəm. Əgər hər hansı bir şəxs cənab prezidentin mövqeyini, siyasətini dəstəkləyirsə və belə olan halda kimsə olanları xəyanətkar adlandırırsa, bu siyasətçiyə yaraşmayan bir şeydir. Mən təkcə Eldar müəllimin yox, son vaxtlar bəzi deputat həmkarlarımı siyasətçiyə yaraşmayan formada cəmiyyətə açıqlama vermələri və cəmiyyətdə mübahisəyə səbəb olan müəyyən fikirlərin ortaya atmalarını qətiyyətlə pisləyirəm.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədova təşəkkür edirəm ki, onlar bu cür ifadə işlədən deputatlara çox qısa, lakonik və prezidentin mövqeyini əks etdirən fikirlərini bildirdilər.
Hər ikisi çox sağ olsun. Yenə deyirəm: bu cür açıqlamaların verilməsi düşünülməmiş, siyasətçiyə yaraşmayan fikirdir. Əli müəllimin dediyi kimi, axı cənab prezident də qeyd edib ki, "Mən bütün azərbaycanlıların prezidentiyəm”. Kim onu prezident görür və yanındadırsa, onun keçmişinə görə o adamları xəyanətkar adlandırmaq, hesab edirəm ki, bu, başa düşülən deyil.
Mən başqa ifadə işlətmək istəmirəm. Bakıda deyiləm. İki gündür bunları oxuyub, fikirləşirəm ki, görəsən, nə baş verir? Bu insanlar kimin sözünü demək istəyir? Əgər prezidentin komandasındadılarsa, bu, cənab prezidentin mövqeyi deyil”.
Ç.Qənizadə Eldar İbrahimovun mətbuatda son açıqlamasına da etiraz edib:
"Eldar İbrahimovun "Fikirlərim düzgün başa düşülməyib, "düşmən” fikrimi indiki deputatlara aid etməmişəm. Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir” –ifadəsi özü belə yanlışdır. Onun son açıqlamasının özü belə, əvvəlki fikirlərində qaldığı hiss olunur. Açıqlamasında nə demək istəməsi isə tam başa düşülən deyil. O, son açıqlamasını Əli Əhmədov və Əli Həsənovdan qabaq versəydi, bəlkə də başa düşülən olardı”.
Qeyd edək ki, E.İbrahimovun "Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri də müzakirələrə səbəb olub.
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək