“Azərbaycan Dəmir Yolları” dəmir yolu keçidində baş vermiş nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb

img

04-09-2019 [14:40]


"Bu gün saat 08.00 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsünün yol hərəkəti ilə bağlı qanunun tələblərini pozması olub".

Bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilir ki, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdəykən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi "HOWO” yük maşını ilə toqquşub.

Məlumata görə, hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb: "Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb".

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR