Səhnədə faciə: partlayan fişəng müğənninin qarnına girdi - Hadisə anının VİDEOSU

img

02-09-2019 [13:56]


İspaniyalı müğənni və rəqqas Coana Sayns konsert zamanı faciəli şəkildə vəfat edib. 

Hadisə ifaçı səhnədə olarkən baş verib.   

Partlayan fişənglərin içərisindəki vasitələrdən biri onun qarın nahiyəsinə dəyib və o, aldığı zədədən həyatını itirib. 

Hadisə zamanı səhnədə 30 yaşlı ifaçıdan başqa daha 15 rəqqas da olub. Rəqqasların heç biri xəsarət almayıb. Polis baş verən hadisə ilə bağlı araşdırmalar aparır. İlkin ehtimala görə, şirkət fişənglərin istehsalı zamanı səhvə yol verib.

 Fişəngin içinə səhvən başqa maddələr doldurulub, partlayış da elə buna görə olub/Yenisabah. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR