Deputat və övladlarının İstanbuldan Londona qədər uzanan əmlakları... - FOTOLAR

img

30-08-2019 [13:33]


Son dövrlər yüksək vəzifəli məmurların və deputatların ölkə xaricindəki milyonlarla manat dəyəri olan əmlakları, biznes şəbəkələri barədə mətbuatda mütəmadi məlumatlar yayılır.

 Bu sırada nazirlər, komitə sədrləri, müxtəlif yüksək vəzifələri tutan məmurlarla yanaşı, millət vəkilləri də çoxluq təşkil edir. 

Qanunlar məmur və deputatların biznes fəaliyyətini qadağan etsə də, onlar buna əhəmiyyət vermir, müvafiq qurumlar isə heç bir reaksiya göstərmir. Bəziləri xaricdəki əmlak və şirkətlərini başqalarının adına rəsmiləşdirib, bir çoxu isə heç nəyə əhəmiyyət verməyərək öz adlarına rəsmiləşdiriblər. 

Xaricdə biznes və əmlakları olanlardan biri də deputat Hacı Salayevdir.

Mia.az AzFakt.com-a istinadla bildirir ki, Hacı Salayev Böyük Britaniyanın paytxatı və Avropanın ən bahalı şəhəri olan Londonda dəbdəbəli mənzil alan azərbaycanlılar siyahısındadır. Məlumatda iddia olunur ki, deputat Londondakı mənzili almaq üçün 350-400 min fun-strelinq vəsait (səkkiz yüz min manat) xərcləyib. 

Qeyd edək ki, bir müddət əvvəl deputat Hacı Salayevin xaricdə biznesi barədə mətbuatda maraqlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, deputatın oğlu, "AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur. 

Şirkət İstanbulun Beşiktaş səmtində, Akat Məhəlləsində Ebulula Mardin küçəsi Mermerler St. D.Bl. N. 8/3 ünvanında yerləşir".

Deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir:  "Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir.
 
 


".

 





Digər xəbərlər
SON XƏBƏRLƏR