"Sumqayıt"un prezidentinə ciddi xəbardarlıq edildi

img

28-08-2019 [13:55]


AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib. 

Mia.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.

Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA